Sığorta bazarında fors-major risklərinə qarşı yeni yanaşma

Sığorta bazarında fors-major risklərinə qarşı yeni yanaşma

SIĞORTA
398

Fins.az - “A-Qroup Sığorta Şirkəti” ASC müştərilərinə müxtəlif sığorta proqramları təklif edir.

Şirkətin təqdim etdiyi proqramlardan biri də müxtəlif fors-major hallardan sığortalanmaq imkanı yaradan “FORS-MAJOR” proqramıdır.

Şirkətin məlumatına görə, “FORS-MAJOR” proqramının əsas üstünlüyü onun münasib qiymətə təqdim olunmasıdır. Proqramın qiyməti 150 AZN-dən aşağı olmaqla, il ərzində 6 000 AZN həcmində tibbi xidmətləri əhatə edir.

Bildirilib ki, “FORS-MAJOR” proqramına 24/7 təcili tibbi yardım, təcili cərrahi müdaxilə, təxirəsalınmaz hospitalizasiya, təcili stomatoloji yardım və təcili peyvənd xidmətləri daxildir.

“A-Qroup Sığorta Şirkəti” ASC qeyd edir ki, “Yanında birinin olması nə qədər önəmlidir. İstənilən vaxt. Hər zaman.” prinsipi ilə təqdim olunan “FORS-MAJOR” proqramı fors-major hallarda müştərilərə operativ tibbi dəstək göstərilməsini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta bazarında fors-major risklərinə qarşı yeni yanaşma — Fins.az — Fins.az