
Rəqəmsal texnologiyalar sektorunda çalışanlara sosial sığorta güzəştləri tətbiq ediləcək
Fins.az – Azərbaycanda rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində çalışan şəxslər üçün məcburi dövlət sosial sığorta haqları üzrə güzəştlərin tətbiqi nəzərdə tutulur.
Bu, Milli Məclisin dünənki iclasında müzakirə olunan "Sosial sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, texnologiyalar parklarının rezidentləri istisna olmaqla, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərən işəgötürənlərdə çalışan sığortaolunanların muzdlu işdən əldə etdikləri aylıq gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları aşağıdakı qaydada hesablanacaq:
Sığorta haqqına cəlb edilən aylıq gəlir | Ümumi sığorta haqqı | İşçinin payı | İşəgötürənin payı |
|---|---|---|---|
200 manatadək | 14% | 2% | 12% |
200–8 000 manat | 12% | 6 manat + 200 manatdan yuxarı hissənin 5%-i | 44 manat + 200 manatdan yuxarı hissənin 7%-i |
8 000 manatdan çox | 10% | 786 manat + 8 000 manatdan yuxarı hissənin 5%-i | 1 214 manat + 8 000 manatdan yuxarı hissənin 5%-i |
Qanun layihəsinə əsasən, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya sahələrində çalışan yüksəkixtisaslı miqrantlar, eləcə də rəqəmsal səyyahlar 2026-cı il iyulun 1-dən etibarən 5 il müddətinə məcburi dövlət sosial sığortasına cəlb edilməyəcəklər.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.