“PAŞA Həyat Sığorta” ötən il 22 milyon manat xalis mənfəət əldə edib

“PAŞA Həyat Sığorta” ötən il 22 milyon manat xalis mənfəət əldə edib

SIĞORTA
616

“PAŞA Həyat Sığorta” ASC 2020-ci ili 21,774 milyon manat xalis mənfəətlə başa vurub.

Fins.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 32% azdır.

Ötən il “PAŞA Həyat Sığorta”nın gəlirləri 312,035 milyon manat (illik müqayisədə 58,4% çox), xərcləri 282,555 milyon manat (80,3% çox), mənfəət vergisi ödəmələri isə 7,706 milyon manat (6,3% az) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Həyat Sığorta”nın aktivləri 396,256 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 0,2% artaraq 327,802 milyon manata çatıb, balans kapitalı isə 6,1% azalaraq 68,454 milyon manata düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“PAŞA Həyat Sığorta” ötən il 22 milyon manat xalis mənfəət əldə edib — Fins.az — Fins.az