Parkinqdə ən çox rast gəlinən risklərə qarşı yeni həll

Parkinqdə ən çox rast gəlinən risklərə qarşı yeni həll

SIĞORTA
248

Fins.az - PAŞA Sığorta ASC avtomobillər üçün nəzərdə tutulmuş Parkinq KASKO sığorta məhsulunu müştərilərinə təqdim edir.

Şirkətin məlumatına görə, Parkinq KASKO avtomobil parkinqdə olduğu zaman baş verə biləcək maddi zərərləri qarşılayır. Müştərilər illik 79 AZN-dən başlayan paketlərdən birini seçərək avtomobillərini sığortalaya bilərlər.

Bildirilib ki, Parkinq KASKO üç paket üzrə təqdim olunur. Paket 1-in illik sığorta haqqı 79 AZN, təminat məbləği 5 000 AZN, Paket 2-nin illik sığorta haqqı 99 AZN, təminat məbləği 10 000 AZN, Paket 3-ün illik sığorta haqqı isə 199 AZN, təminat məbləği 20 000 AZN təşkil edir. Hər üç paket üzrə şərtsiz azadolma məbləği 100 AZN müəyyən olunub və təmir həm rəsmi, həm də qeyri-rəsmi servislərdə həyata keçirilə bilər.

Şirkət qeyd edir ki, Parkinq KASKO çərçivəsində avtomobilin üzərinə hər hansı əşyanın düşməsi, oğurluq və soyğunçuluq, yanğın, heyvanların hərəkəti nəticəsində yaranan zərərlər, zəlzələ, fırtına, qasırğa, dolu, sel, daşqın, yer sürüşməsi və leysan kimi təbii fəlakətlər, həmçinin partlayış hallarında dəyən zərərlər qarşılanır. Bundan əlavə, avtomobilə üçüncü şəxs tərəfindən qəsdən zərər vurulması da təminata daxildir. Qeyd olunub ki, üçüncü şəxsin qanunazidd hərəkəti üzrə təminat yalnız 199 AZN sığorta haqqı ilə təqdim olunan paketə aiddir.

Məlumata əsasən, Parkinq KASKO məhsulu yol-nəqliyyat hadisələrinə təminat vermir. Həmçinin bu məhsulla birlikdə Sürücü və sərnişinlərin Fərdi Qəza sığortası və Üçüncü Şəxslər Qarşısında Mülki Məsuliyyət sığortasını əldə etmək mümkün deyil.

Şirkət bildirir ki, Optimal KASKO məhsulu sığorta məbləğindən asılı olmayaraq həm rəsmi, həm də qeyri-rəsmi servislərdə təmir imkanı yaradır.

Bundan əlavə, Parkinq KASKO üzrə sığorta haqqını 15 gün ərzində ödəmək mümkündür. Sığorta müqaviləsi isə ödəniş edildiyi andan etibarən qüvvəyə minir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Parkinqdə ən çox rast gəlinən risklərə qarşı yeni həll — Fins.az — Fins.az