Ötən il 1416 şəxsə 4,2 milyon manat sığorta ödənişi edilib

Ötən il 1416 şəxsə 4,2 milyon manat sığorta ödənişi edilib

SIĞORTA
535

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində sığortaolunan kimi qeydiyyata alınmış şəxslərin sayı 2024-cü ilin sonuna 5,2 mln. nəfərə çatıb.

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, 2006-2016-cı illər üzrə sığortaedənlər tərəfindən ödənilmiş, lakin sığotaolunanların fərdi hesablarında əks etdirilməmiş 1440,6 mln. manat vəsait üzrə 2020-2024-cü illərdə görülmüş əməktutumlu fəaliyyətin nəticəsi olaraq sığortaolunanların (hərbçilər və xüsusi rütbəli şəxslər daxil olmaqla) fərdi hesablarında əks etdirilmiş məbləğlər ümumilikdə 88,6 %-ə və ya 1276,8 mln. manata çatdırılıb.

2024-cü ilin əvvəlindən 1 365 dövlət icbari şəxsi sığorta hadisəsi üzrə 1416 şəxsə 4,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmələr həyata keçirilir. 2024-cü ildə 207 nəfərə təyinat aparılıb, bu istiqamət üzrə ödənilmiş vəsaitin ümumi məbləği 2,1 mln. manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il 1416 şəxsə 4,2 milyon manat sığorta ödənişi edilib — Fins.az — Fins.az