Ləğv prosesində olan bankların əmanətçilərinə ödənilən kompensasiya açıqlanıb

Ləğv prosesində olan bankların əmanətçilərinə ödənilən kompensasiya açıqlanıb

SIĞORTA
195

Fins.az – 2026-cı il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda ləğv prosesində olan 19 bank üzrə əmanətçilərə ümumilikdə 1 milyard 729 milyon 888 min manat kompensasiya ödənilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova Milli Mətbuat Gününün 151 illiyi münasibətilə Şamaxıda təşkil olunan Dialoq və Əməkdaşlıq Forumunda məlumat verib.

O bildirib ki, hesabat dövrünə kompensasiya alan əmanətçilərin sayı 63 888 nəfərə çatıb.

S.Səlimovanın sözlərinə görə, Fond ləğv prosesində olan bankların əmanətçiləri qarşısında öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun şəkildə yerinə yetirməkdə davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ləğv prosesində olan bankların əmanətçilərinə ödənilən kompensasiya açıqlanıb — Fins.az