İşsizlikdən sığorta ödənişi orta aylıq 460,9 manat təşkil edib

İşsizlikdən sığorta ödənişi orta aylıq 460,9 manat təşkil edib

SIĞORTA
486

2026-cı ilin mart ayının 1-i vəziyyətinə ölkədə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250,3 min nəfər təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı yanvar-fevral makroiqtisadi göstəricilərində yer alıb.

Bildirilib ki, qeydiyyatda olan işsizlərin 51,7 faizi qadınlardan ibarətdir.

Hesabat dövründə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 460,9 manat təşkil edib.

Qeyd olunub ki, bu göstəricilər işsizlik səviyyəsinin izlənməsi və sosial müdafiə proqramlarının planlaşdırılması üçün əsas statistik məlumatları təmin edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İşsizlikdən sığorta ödənişi orta aylıq 460,9 manat təşkil edib — Fins.az — Fins.az