“İpək Yolu Sığorta” ASC səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

“İpək Yolu Sığorta” ASC səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

SIĞORTA
820

“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin, səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, yığıncaq 15 sentyabr 2020-ci il tarixdə, saat 10:00-da “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisində keçiriləcək.
Məlumata görə, yığıncaqda səhmdarın adının dəyişilməsi ilə əlaqədar nizamnaməyə dəyişikliyin edilməsi,Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddətlərinin növbəti müddətə yenidən təsdiqlənməsi müzakirə olunacaq.
Qeyd edilir ki, səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilər.
 
Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“İpək Yolu Sığorta” ASC səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək — Fins.az — Fins.az