
Bu ilin yanvarında Azərbaycanda sığorta haqqı 156,604 milyon manat təşkil edib
Fins.az - Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2026-cı ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,054 milyon manat və ya 4,3% azalma deməkdir.
Eyni zamanda, hesabat dövründə sığorta ödənişlərinin həcmi 62,012 milyon manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2% artım qeydə alınıb.
Məlumatda vurğulanır ki, bazarda sığorta haqlarında azalma müşahidə olunmasına baxmayaraq, sığorta ödənişlərinin artması sektorda ödənişlərin dinamikliyini göstərir.
Fuad Mədətov
Finss.az