ICIEC Azərbaycanda 120 milyon dollarlıq sığorta dəstəyi göstərib

ICIEC Azərbaycanda 120 milyon dollarlıq sığorta dəstəyi göstərib

SIĞORTA
335

Fins.az - İslam İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) son beş il ərzində Azərbaycanda təxminən 120 milyon ABŞ dolları məbləğində sığorta təminatı həyata keçirib.

Bu barədə ICIEC-nin Biznesin İnkişafı departamentinin direktoru Yasir Alaki Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlıq çərçivəsində təqdimat zamanı məlumat verib.

Yasir Alakinin sözlərinə görə, ICIEC Azərbaycanın ixrac və investisiya fəaliyyətini sığortalamaqla riskləri azaldır və beynəlxalq maliyyələşməyə çıxışı genişləndirir.

O qeyd edib ki, təşkilat ixracatçıları və investorları ödəniş edilməməsi, siyasi risklər, müharibə, iğtişaşlar və ekspropriasiya kimi risklərdən qoruyur. Bu isə Azərbaycan şirkətlərinin xarici bazarlara daha rahat çıxışını təmin edir.

ICIEC-in açıqlamasına əsasən:

  • ümumi sığorta təminatı: ~120 milyon dollar

  • investisiya sığortası: 36 milyon dollar

  • ticarət sığortası: 83 milyon dollar

Bu mexanizmlər Azərbaycan bankları və ixracatçıları üçün əlavə zəmanət ehtiyacını azaldır və beynəlxalq tərəfdaşlarla əməliyyatları asanlaşdırır.

Korporasiya həmçinin Azərbaycan bankları vasitəsilə kiçik və orta biznesin (KOB) maliyyələşməsinə dəstək verir, beynəlxalq maliyyə xətlərini ölkəyə cəlb edir.

Bundan əlavə, ICIEC Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan, Türkiyə və Albaniyada KOB-ların maliyyələşməsini dəstəkləyən layihələr həyata keçirib.

Azərbaycan ICIEC-ə 2020-ci ildə qoşulub. Təşkilat 1994-cü ildən fəaliyyət göstərir və indiyədək ümumilikdə 140 milyard dollardan çox sığorta təminatı təqdim edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ICIEC Azərbaycanda 120 milyon dollarlıq sığorta dəstəyi göstərib — Fins.az — Fins.az