İcbari Sığorta Bürosunun sədr müavini istefa verib

İcbari Sığorta Bürosunun sədr müavini istefa verib

SIĞORTA
1,821

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini Azər Əliyev istefa verib.

Fins.Az-ın məlumatına görə, bu barədə APA-ya Azər Əliyev özü məlumat verib. O qeyd edib ki, “Atəşgah” Sığorta Şirkəti ilə yanaşı, həm İcbari Sığorta Bürosunundakı vəzifəsindən, həm də Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Azər Əliyev 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra edib. O, həmçinin 2017-ci ildən yenidən “Atəşgah” SŞ-nin İdarə heyətinin sədri vəzifəsinə qayıtmış, 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İcbari Sığorta Bürosunun sədr müavini istefa verib — Fins.az — Fins.az