İcbari avtomobil sığortasında əlavə təminatlara maraq artır

İcbari avtomobil sığortasında əlavə təminatlara maraq artır

SIĞORTA
175

Fins.azPAŞA Sığorta ASC avtomobil sahiblərinə icbari avtomobil sığortası və əlavə təminatlar təqdim edən “İcbari Ekstra” məhsulunu təklif edir.

Şirkətin məlumatına görə, icbari sığorta avtomobil sahiblərini yol-nəqliyyat hadisələri zamanı yarana biləcək əlavə maliyyə xərclərindən qorumağa xidmət edir. Müştərilər onlayn müraciət etməklə avtomobillərini qısa müddət ərzində sığortalaya bilərlər.

Bildirilir ki, avtomobil hərəkət zamanı digər nəqliyyat vasitəsi ilə toqquşduğu halda baş verən avtonəqliyyat hadisələri üzrə xərclər sığorta təminatı çərçivəsində qarşılanır.

PAŞA Sığorta həmçinin icbari avtomobil sığortasına əlavə təminatlar qazandıran “İcbari Ekstra” paketlərini də təqdim edir. Məhsul “Ekstra 29”, “Ekstra 50” və “Ekstra 80” olmaqla üç paketdən ibarətdir və onların illik qiyməti müvafiq olaraq 29 AZN, 50 AZN və 80 AZN təşkil edir.

Şirkətin məlumatına əsasən, üçüncü şəxslər qarşısında icbari mülki məsuliyyət sığortasında əmlaka dəyən zərər üzrə əlavə təminat “Ekstra 29” paketində 5 000 AZN, “Ekstra 50” və “Ekstra 80” paketlərində isə 6 000 AZN məbləğində təqdim olunur.

Sürücü və ya sərnişinlərin həyat və sağlamlığına dəyən zərərə görə sığorta təminatı isə “Ekstra 29” və “Ekstra 50” paketlərində 25 000 AZN, “Ekstra 80” paketində isə 30 000 AZN təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İcbari avtomobil sığortasında əlavə təminatlara maraq artır — Fins.az — Fins.az