Gözlənilməz sağlamlıq risklərinə qarşı yeni sığorta həlli

Gözlənilməz sağlamlıq risklərinə qarşı yeni sığorta həlli

SIĞORTA
159

Fins.az“A-Qroup Sığorta Şirkəti” ASC müştərilərinə ilboyu fasiləsiz təcili tibbi yardım xidməti təqdim edən “AMBULANCE” proqramını təklif edir.

Şirkətin məlumatına görə, proqram il ərzində 365 gün, günün 24 saatı təcili tibbi yardım xidmətinin göstərilməsini təmin edir. Xidmət xüsusilə istirahət və bayram günlərində yaranan təcili hallarda sığortalılara operativ tibbi dəstək göstərilməsi üçün nəzərdə tutulub.

“AMBULANCE” proqramı çərçivəsində xəstəliklər, bədbəxt hadisələr, travmalar, yanıqlar, zəhərlənmələr, yüksək hərarət və digər təxirəsalınmaz tibbi müdaxilə tələb edən hallarda sığortalılar tibbi müəssisədən kənarda, təcili tibbi yardım briqadasının çağırıldığı ünvanda peşəkar tibbi yardım ala bilirlər.

Hospitalizasiyaya ehtiyac yarandıqda sığortalı şirkətin əməkdaşlıq etdiyi klinikalardan birinə çatdırılır. Xəstələrin həyatını xilas etməyə yönəlmiş reanimasiya tədbirlərinin həyata keçirilməsi üçün istifadə olunan təcili yardım avtomobilləri Avropa standartlarına uyğun bütün zəruri terapevtik və diaqnostik avadanlıqlarla təchiz edilib.

“AMBULANCE” proqramı sığortalılar üçün illik 3 000 AZN məbləğində sığorta təminatı nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gözlənilməz sağlamlıq risklərinə qarşı yeni sığorta həlli — Fins.az — Fins.az