
Azsığorta ASC-nin aktivləri və öhdəlikləri azalıb
Azsığorta ASC 2025-ci ili 1,75 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü illə müqayisədə 3,3% çoxdur.
Fins.az şirkətin maliyyə hesabatına əsasən xəbər verir ki, şirkətin gəlirləri 13,313 milyon manat (2,1% çox), xərcləri 11,069 milyon manat (1,8% çox), mənfəət vergisi ödəmələri isə 494 min manat (6% çox) təşkil edib.
2026-cı il yanvarın 1-nə Azsığortanın aktivləri 30,314 milyon manat olub, illik müqayisədə 1,3% azalıb. Öhdəlikləri 9,6% azalaraq 10,732 milyon manat, balans kapitalı isə 4% artaraq 19,583 milyon manat təşkil edib.
Qeyd edək ki, Azsığorta 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 14,007 milyon manat, və səhmlərinin 100%-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur.
Fuad Mədətov
Fins.az