Azərbaycanın sığorta bazarı 31%-dən çox böyüyüb

Azərbaycanın sığorta bazarı 31%-dən çox böyüyüb

SIĞORTA
1,443

2023 ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta yığımları 31.2% artaraq 761 milyon 801 min manata çatıb.

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edək ki, bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə illik müqayisədə 17.4% artaraq 282 milyon 977 min manat təşkil edib.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı ödənişə yönəldilib. Ötən ilin eyni dövründə bu göstərici 41,5 manat olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın sığorta bazarı 31%-dən çox böyüyüb — Fins.az — Fins.az