Azərbaycanda son üç ildə aqrar sığorta ödənişləri 2,5 dəfə artıb

Azərbaycanda son üç ildə aqrar sığorta ödənişləri 2,5 dəfə artıb

SIĞORTA
541

2024-cü il ərzində Azərbaycanda 6,4 milyon manat aqrar sığorta ödənişi həyata keçirilib.

Finss.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov bu gün "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə bu göstərici 2,4 milyon manat, 2023-cü ildə isə 4,4 milyon manat olub:

"2023-cü ildə 240 min hektar ərazi sığortalanıb, 7,3 milyon manat sığorta haqqı ödənilib. 2024-cü ildə isə 246 min hektar ərazi sığortalanıb, 5,4 milyon manat sığorta haqqı icra edilib."

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda son üç ildə aqrar sığorta ödənişləri 2,5 dəfə artıb — Fins.az — Fins.az