Azərbaycanda sığorta şikətlərinin investisiyaları 10.7% artıb

Azərbaycanda sığorta şikətlərinin investisiyaları 10.7% artıb

SIĞORTA
1,394

Azərbaycanda 2023-cü ilin I yarısında sığorta şikətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 10.7% artaraq 1404 mln. manata çatıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının ”Maliyyə Sabitliyi Hesabatı”na isitinadən xəbər verir ki, artım əsasən dövlət qiymətli kağızları (19.8% və ya 125 mln. manat) hesabına baş verib.

Qeyd edək ki, həyat sığorta şirkətlərinin aktivlərinin 90%-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 65%-ni investisiya portfeli təşkil edir. Həyat və qeyri həyat sığorta şirkətlərində investisiya aktivləri əsasən dövlət qiymətli kağızlarından və bank vəsaitlərindən ibarətdir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sığorta şikətlərinin investisiyaları 10.7% artıb — Fins.az — Fins.az