
Azərbaycanda sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% azalıb.
Eyni zamanda, hesabat dövründə sığorta ödənişlərinin həcmi 148,800 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 37% artım deməkdir.