Azərbaycanda kredit sığortası üzrə sığorta haqqı 1,026 mln. manat olub

Azərbaycanda kredit sığortası üzrə sığorta haqqı 1,026 mln. manat olub

SIĞORTA
547

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda kredit sığortası üzrə 1,026 milyon manat sığorta haqqı toplanıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 72 min manat və ya 6,6% azalıb.

Hesabat dövründə kredit sığortası üzrə ödənişlər isə 5 min manat və ya 35,7% azalararaq 9 min manata çatıb.

Qeyd olunur ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% azdır.

Bildirilib ki, hesabat dövründə sığorta ödənişlərinin həcmi 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artım nümayiş etdirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kredit sığortası üzrə sığorta haqqı 1,026 mln. manat olub — Fins.az — Fins.az