Azərbaycanda könüllü sığorta üzrə yığımlar və ödənişlər artıb

Azərbaycanda könüllü sığorta üzrə yığımlar və ödənişlər artıb

SIĞORTA
510

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 234,436 milyon manat sığorta haqqı toplanıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 milyon manat və ya 6,5% çoxdur.

Hesabat dövründə könüllü sığorta ödənişləri 34,4 milyon manat və ya 39,4% artaraq 121,772 milyon manata çatıb. Toplanmış hər 100 manat sığorta haqqının 51,9 manatı müştərilərə geri ödənilib.

Yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə ümumilikdə 277,562 milyon manat sığorta haqqı toplanıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda könüllü sığorta üzrə yığımlar və ödənişlər artıb — Fins.az — Fins.az