
Azərbaycanda könüllü sığorta bazarı böyüyüb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 518 milyon manat sığorta haqqı toplanıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 66,1 milyon manat və ya 14,6% artım deməkdir.
Hesabat dövründə könüllü sığorta növləri üzrə sığorta ödənişlərinin həcmi də artaraq 250,6 milyon manata çatıb. Bu, illik müqayisədə 63,6 milyon manat və ya 34% artım deməkdir.
Beləliklə, 2026-cı ilin yanvar-aprel aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,4 manatı müştərilərə geri ödənilib.
Ümumilikdə isə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 610,216 milyon manat sığorta haqqı toplanıb, sığorta ödənişləri isə 304,353 milyon manat təşkil edib.
Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,7% və 31,6% artım deməkdir.