Azərbaycanda könüllü sığorta bazarı 14,4% böyüyüb

Azərbaycanda könüllü sığorta bazarı 14,4% böyüyüb

SIĞORTA
329

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 352,277 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,332 milyon manat və ya 14,4% artım deməkdir.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 46,2 milyon manat və ya 34,5% artaraq 180,319 milyon manata çatıb. Nəticədə, bu ilin yanvar-mart aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 51,2 manatı müştərilərə geri ödənilib.

Qeyd edilib ki, ümumilikdə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% artım deməkdir.

Eyni dövrdə sığorta ödənişlərinin həcmi 218,456 milyon manat təşkil edib və bu göstərici illik müqayisədə 54,4 milyon manat və ya 33,2% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda könüllü sığorta bazarı 14,4% böyüyüb — Fins.az — Fins.az