Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 12% artıb

Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 12% artıb

SIĞORTA
808

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 304,513 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 11,1% çoxdur.

Ötən 6 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 11,8% artaraq 147,853 milyon manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 183,663 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 19,25% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 88% artaraq 64,536 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-iyun aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 60,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-iyun aylarında 56,2 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26 manatdan 43,65 manata çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 12% artıb — Fins.az — Fins.az