Azərbaycanda icbari sığorta yığımları azalıb, ödənişləri isə artıb

Azərbaycanda icbari sığorta yığımları azalıb, ödənişləri isə artıb

SIĞORTA
408

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda icbari sığorta növləri üzrə 65,476 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 milyon manat və ya 28,2% azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 8,2 milyon manat və ya 27,4% artaraq 38,137 milyon manata çatıb. Nəticədə, bu ilin ilk 3 ayında icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı müştərilərə geri ödənilib.

Qeyd edilib ki, ümumilikdə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat məbləğində sığorta haqqı toplanıb ki, bu da illik müqayisədə 18,7 milyon manat və ya 4,7% artım deməkdir.

Eyni dövrdə sığorta ödənişlərinin həcmi 218,456 milyon manat təşkil edib və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,4 milyon manat və ya 33,2% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda icbari sığorta yığımları azalıb, ödənişləri isə artıb — Fins.az — Fins.az