Azərbaycanda icbari sığorta üzrə yığımlar azalıb, ödənişlər isə artıb

Azərbaycanda icbari sığorta üzrə yığımlar azalıb, ödənişlər isə artıb

SIĞORTA
421

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növləri üzrə 43,126 milyon manat sığorta haqqı toplanıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon manat və ya 29,4% azdır.

Hesabat dövründə icbari sığorta ödənişləri 5,8 milyon manat və ya 27,3% artaraq 27,028 milyon manata çatıb. Toplanmış hər 100 manat sığorta haqqının 62,7 manatı müştərilərə geri ödənilib.

Yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə ümumilikdə 277,562 milyon manat sığorta haqqı toplanıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda icbari sığorta üzrə yığımlar azalıb, ödənişlər isə artıb — Fins.az — Fins.az