
Azərbaycanda icbari sığorta bazarında ödənişlər artıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növləri üzrə 92,213 milyon manat sığorta haqqı toplanılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,4 milyon manat və ya 32,5% azdır.
Məlumata görə, hesabat dövründə icbari sığorta növləri üzrə həyata keçirilən sığorta ödənişlərinin həcmi isə 53,710 milyon manata çatıb. Bu, illik müqayisədə 9,4 milyon manat və ya 21,3% artım deməkdir.
Beləliklə, cari ilin ilk dörd ayında icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı sığorta hadisələri üzrə müştərilərə geri ödənilib.
Ümumilikdə isə 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 610,216 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7 milyon manat və ya 3,7% çoxdur.
Eyni zamanda, sığorta ödənişlərinin ümumi həcmi 304,353 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 73 milyon manat və ya 31,6% artım deməkdir.
Mütəxəssislərin qiymətləndirməsinə görə, icbari sığorta seqmentində yığımların azalması fonunda ödənişlərin artması bazarda zərərlilik səviyyəsinin yüksəldiyini və müştərilərə edilən kompensasiyaların genişləndiyini göstərir.