Azərbaycanda əmlak sığortası bazarı 25%-ə yaxın artıb

Azərbaycanda əmlak sığortası bazarı 25%-ə yaxın artıb

SIĞORTA
384

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası növləri üzrə 65,901 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 milyon manat və ya 24,9% artım deməkdir.

Hesabat dövründə əmlak sığortası növləri üzrə ödənişlər isə 1,061 milyon manat və ya 12,5% artaraq 9,570 milyon manata çatıb. Nəticədə, bu ilin ilk 3 ayında əmlak sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,5 manatı müştərilərə geri ödənilib.

Qeyd edilib ki, ümumilikdə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% artım deməkdir.

Eyni dövrdə sığorta ödənişlərinin həcmi 218,456 milyon manat təşkil edib və bu göstərici illik müqayisədə 54,4 milyon manat və ya 33,2% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əmlak sığortası bazarı 25%-ə yaxın artıb — Fins.az — Fins.az