Azərbaycanda aktiv banklardakı əmanətlərin 83%-i qorunur

Azərbaycanda aktiv banklardakı əmanətlərin 83%-i qorunur

SIĞORTA
202

Fins.az – 2026-cı il iyulun 1-nə Azərbaycanda ləğv prosesində olan 19 bank üzrə əmanətçilərə ümumilikdə 1 milyard 729 milyon 888 min manat kompensasiya ödənilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova Milli Mətbuat Günü münasibətilə təşkil olunmuş Dialoq və Əməkdaşlıq Forumunda məlumat verib.

Onun sözlərinə görə, hesabat dövrünə kompensasiya ödənilən əmanətçilərin sayı 63 888 nəfərə çatıb.

S.Səlimova bildirib ki, hazırda fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin 83%-i qorunan, 17%-i isə qorunmayan əmanətlərdir.

O qeyd edib ki, ümumi əmanətçilərin 99,7%-i və ya 11 574 nəfəri qorunan, 0,1%-i və ya 0,6 min nəfəri isə qorunmayan əmanətçilərdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda aktiv banklardakı əmanətlərin 83%-i qorunur — Fins.az