
Avtomobil sığortasında 50/50 modeli diqqət çəkir
Fins.az – “A-Qroup Sığorta Şirkəti” ASC avtomobil sahibləri üçün yarı qiymətə KASKO təminatı təqdim edən “50/50” sığorta məhsulunu təklif edir.
Şirkətin məlumatına görə, bu məhsul çərçivəsində avtomobil ilkin olaraq sığorta haqqının 50%-i ödənilməklə sığortalanır. Sığorta müddəti ərzində hadisə baş vermədiyi halda isə sığorta haqqının qalan 50%-i ödənilmir.
Bildirilib ki, “50/50” məhsulu 24/7 fəaliyyət göstərən çağrı mərkəzi, qəza komissarının hadisə yerinə operativ göndərilməsi, pulsuz evakuasiya xidməti və MediClub tərəfindən təcili tibbi yardım kimi əlavə üstünlüklər təqdim edir.
Məhsul çərçivəsində sığortalılar DrOn platformasında onlayn tibbi konsultasiya, Radius Avtomobil Təkər Mərkəzində 15% endirim kartı, həmçinin fərdi qəza və üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası təminatlarından da yararlana bilirlər.
A-Qroup Sığorta qeyd edir ki, “50/50” məhsulu avtomobil sahiblərinə daha sərfəli qiymətlə geniş sığorta təminatı təqdim etmək məqsədi daşıyır.