Avtomobil sahibləri üçün genişləndirilmiş KASKO təklifləri açıqlanıb - PAŞA Sığorta

Avtomobil sahibləri üçün genişləndirilmiş KASKO təklifləri açıqlanıb - PAŞA Sığorta

SIĞORTA
195

“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın qeyri-həyat sığorta bazarında lider mövqeyini qoruyaraq Tam KASKO sığorta məhsulu üzrə yenilənmiş paketlərini təqdim edib.

Fins.az şirkətin məlumatına əsasən xəbər verir ki, yeni KASKO avtomobil sahiblərinə daha geniş risklər üzrə maliyyə təminatı və çevik ödəniş imkanları təklif edir.

Yeni sığorta təminatına yol-nəqliyyat hadisələri, avtomobilin hərəkət zamanı digər nəqliyyat vasitəsi ilə toqquşması, üzərinə əşya düşməsi, heyvanların vurduğu zərər, oğurluq və soyğunçuluq halları, partlayış və yanğın, eləcə də zəlzələ, fırtına, dolu, sel, daşqın və yer sürüşməsi kimi təbii fəlakətlər daxildir.

Şirkətin təqdim etdiyi paketlər Standart, PASHA Ladies və Premium olmaqla üç əsas kateqoriyada müəyyənləşdirilib. Məlumata görə, Standart paket 25 manat, PASHA Ladies paketi 35 manat, Premium paket isə 75 manat illik sığorta haqqı ilə təklif olunur və ən çox seçilən məhsul kimi qeyd edilir.

Premium paketdə evakuasiya xidmətinin daha geniş əhatə olunması, 14 günə qədər taksi xidməti və digər əlavə üstünlüklər nəzərdə tutulur. Eyni zamanda müştərilərə avtomobilin bazar dəyərindən asılı olaraq 10 aya qədər hissəli ödəniş imkanı da təqdim edilir.

KASKO çərçivəsində əlavə sığorta təminatları da mövcuddur ki, bunlara üçüncü şəxslər qarşısında mülki məsuliyyət üzrə 10 min manatdan 100 min manata qədər sığorta məbləğləri və sürücü və sərnişinlərin fərdi qəza sığortası üzrə 5 min manatdan 25 min manata qədər təminatlar daxildir.

Şirkət tərəfindən bildirilib ki, sığorta mexanizmində azadolma məbləği sığorta hadisəsi zamanı zərərin sığortalı tərəfindən qarşılanan hissəsini müəyyən edir və bu şərt ödənişlərin hesablanmasında əsas meyarlardan biri kimi çıxış edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avtomobil sahibləri üçün genişləndirilmiş KASKO təklifləri açıqlanıb - PAŞA Sığorta — Fins.az — Fins.az