Aqrar Sığorta Fondu investisiyalarını hansı istiqamətlərə yönəldir?

Aqrar Sığorta Fondu investisiyalarını hansı istiqamətlərə yönəldir?

SIĞORTA
599

Hər ilin əvvəlində investisiya istiqamətləri müəyyən edilir. Məsələn, bu il Aqrar Sığorta Fondunun investisiya portfeli 22-23 milyon manat civarındadır.

Finss.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bu gün "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu vəsaitlər əsasən dövlət qiymətli kağızlarına və beynəlxalq reytinq agentlikləri tərəfindən B- reytinqindən yuxarı qiymətləndirilən banklara yönəldilir:

"Ölkədə cəmi 5 belə bank var. Biz investisiyanı dayanıqlılığı olmayan banklara yönləndirə bilmərik. Yalnız dövlət bankları, dövlət qiymətli kağızları və beynəlxalq reytinq agentliklərinin B- reytinqindən yüksək qiymətləndirdiyi banklarla əməkdaşlıq edirik."

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aqrar Sığorta Fondu investisiyalarını hansı istiqamətlərə yönəldir? — Fins.az — Fins.az