Ailə əsaslı sığorta modellərinə tələbat artır

Ailə əsaslı sığorta modellərinə tələbat artır

SIĞORTA
230

Fins.az - “A-Group” sığorta şirkəti 3 və daha çox nəfərdən ibarət ailələr üçün nəzərdə tutulmuş “AİLƏ” adlı tibbi sığorta proqramını təqdim edib. Proqramın əsas məqsədi ailə üzvlərini gözlənilməz tibbi xərclərdən və maliyyə yükündən qorumaqdır.

Şirkətin məlumatına görə, proqramdan əsasən qənaətə üstünlük verən və keyfiyyətli tibbi xidmət axtaran ailələr istifadə edir. Hər bir ailə üzvü üçün illik sığorta təminatı 15 000 AZN təşkil edir, proqramın qiyməti isə yaşdan asılı olaraq 489 AZN-dən başlayır.

Sığorta təminatının əhatə dairəsi

“AİLƏ” sığorta proqramı çərçivəsində geniş tibbi xidmətlər paketi təqdim olunur. Buraya təcili tibbi yardım, ambulator və stasionar müalicə, ambulator müalicə zamanı dərman təminatı, təcili və planlı stomatoloji xidmətlər, təcili vaksinasiya, fizioterapiya və tibbi masaj prosedurları daxildir.

Eyni zamanda “A-Group Mobile Concierge” mobil tətbiqi vasitəsilə SOS düyməsi ilə təcili tibbi yardım xidmətinə çıxış imkanı yaradılır. Sistem istifadəçinin geolokasiyasını müəyyən edərək tibbi briqadanın birbaşa ünvan üzrə yönləndirilməsini təmin edir.

Pulsuz profilaktik müayinələr

Proqram çərçivəsində illik pulsuz check-up müayinələri də nəzərdə tutulub. Bu müayinələrə terapevt qəbulu, EKQ, döş qəfəsinin rentgeni, qanın və sidiyin ümumi analizi, qarın boşluğu USM, xolesterin və şəkər testləri, Hepatit B və C analizləri, eləcə də PSA və CA-125 üzrə onkoloji skrininq müayinələri daxildir.

“A-Group”un “AİLƏ” sığorta proqramı ailə üzvlərinin sağlamlığının qorunmasına yönəlmiş kompleks tibbi sığorta həlli kimi təqdim olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ailə əsaslı sığorta modellərinə tələbat artır — Fins.az — Fins.az