Zaur Əliyev nazir müavini təyin olundu

Zaur Əliyev nazir müavini təyin olundu

RƏSMİ
246

Fins.az - Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, Zaur Rafik oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Zaur Əliyev 1981-ci ildə anadan olub. O, 1997–2000-ci illərdə Cambridge Regional College-də orta təhsil alıb. 2000–2003-cü illərdə isə University of East Anglia-da mühasibat və maliyyə ixtisası üzrə ali təhsilini başa vurub.

Əmək fəaliyyətinə beynəlxalq audit və konsaltinq sahəsində başlayan Zaur Əliyev 2003–2009-cu illərdə Ernst & Young şirkətinin Almatı, Bakı və London ofislərində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra 2010–2015-ci illərdə PAŞA Holdinq MMC-də və PAŞA Sığorta ASC-də fəaliyyət göstərib.

2015-ci ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi-nin direktoru, son olaraq isə İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Zaur Əliyev 18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyası-nın prezidenti seçilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zaur Əliyev nazir müavini təyin olundu — Fins.az — Fins.az