TRIPP layihəsi sərnişin, enerji və rəqəmsal infrastrukturu birləşdirəcək - ABŞ rəsmisi

TRIPP layihəsi sərnişin, enerji və rəqəmsal infrastrukturu birləşdirəcək - ABŞ rəsmisi

RƏSMİ
94

TRIPP multimodal dəhlizə çevrilə bilər.

Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) sərnişin daşınması, enerji tranziti və rəqəmsal infrastrukturun inkişafını əhatə edən multimodal dəhlizə çevrilə bilər.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində təşkil olunan mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, TRIPP layihəsi ABŞ tərəfindən investisiya qoyulan strateji infrastruktur dəhlizidir və gələcəkdə yalnız sərnişin daşınmasını deyil, həm də enerji və rəqəmsal infrastrukturun inkişafını dəstəkləyəcək.

Kaleb Orr qeyd edib ki, bu yanaşma layihənin multimodal xarakter daşımasını təmin edəcək və regionlararası iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcək.

ABŞ rəsmisi vurğulayıb ki, enerji sahəsi ABŞ və Azərbaycan arasında iqtisadi münasibətlərin əsas dayaqlarından biri olaraq qalır, lakin əməkdaşlıq artıq daha geniş istiqamətləri də əhatə edir.

Onun sözlərinə görə, hazırkı iqtisadi dialoq ABŞ-ın Azərbaycan iqtisadiyyatının əsas sektorlarına investisiyaların artırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində güclü öhdəliyini nümayiş etdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
TRIPP layihəsi sərnişin, enerji və rəqəmsal infrastrukturu birləşdirəcək - ABŞ rəsmisi — Fins.az — Fins.az