Sığorta ödənişlərinin hesablanma qaydası dəyişir

Sığorta ödənişlərinin hesablanma qaydası dəyişir

RƏSMİ
205

Fins.az – İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik ödənişlərin verilməsi qaydasının dəyişdirilməsi təklif olunur.

Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçirilən iclasının gündəliyinə daxil edilən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verməzdən əvvəl malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi kimi müəyyən edilir.

Təklif olunan dəyişikliyə görə, sığorta hadisəsi üzrə birdəfəlik sığorta ödənişinin verilməsi artıq sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi əsasında qiymətləndiriləcək.

Layihədə qeyd olunur ki, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildiyi halda həyata keçiriləcək.

Sənəddə həmçinin vurğulanır ki, peşə əmək qabiliyyətinin itirilməsi anlayışı özündə əlilliyin müəyyən edilməsini, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta ödənişlərinin hesablanma qaydası dəyişir — Fins.az — Fins.az