Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı məktubları ünvanlayıb

Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı məktubları ünvanlayıb

RƏSMİ
473

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.

Finss.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, məktublarda Rusiyanın Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatından dərin kədər ifadə olunur, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Respublikası Milli Məclisinin sədri adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı məktubları ünvanlayıb — Fins.az — Fins.az