Rəqabət Məcəlləsi 2024-cü ilin iyul ayında qüvvəyə minəcək

Rəqabət Məcəlləsi 2024-cü ilin iyul ayında qüvvəyə minəcək

RƏSMİ
453

Rəqabət Məcəlləsinin layihəsinə dəyişikliklər edilir.

Fins.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən dəyişikliyə əsasən, qanun layihəsinin 2024-cü il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Eyni zamanda 15.6-cı maddədə “müvafiq bazarın sərhədlərinin” ifadəsi “müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin” ifadəsi ilə əvəzlənməsi təmin olunur.

Həmçinin, rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları dəqiqləşdirilir.

Layihəyə əsasən, nisbətən yüksək bazar gücü ilə bağlı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 5 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rəqabət Məcəlləsi 2024-cü ilin iyul ayında qüvvəyə minəcək — Fins.az — Fins.az