Prezident İlham Əliyevin tapşırığı ilə İran xalqına humanitar yardım yola salınıb

Prezident İlham Əliyevin tapşırığı ilə İran xalqına humanitar yardım yola salınıb

RƏSMİ
424

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, qonşu və dost İran İslam Respublikasına humanitar yardım yola salınıb.

Fins.az xəbər verir ki, bu addım 2026-cı il 8 mart tarixində Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışığı çərçivəsində həyata keçirilib.

Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran Astarasına doğru yola düşən humanitar yardımın tərkibinə 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Yardımın çatdırılması prosesinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov nəzarət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Prezident İlham Əliyevin tapşırığı ilə İran xalqına humanitar yardım yola salınıb — Fins.az — Fins.az