Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində mühüm sənədlər imzalanıb

Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində mühüm sənədlər imzalanıb

RƏSMİ
573

Fins.az – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Almaniyanın paytaxtı Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

Mərasimdə Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlət başçısını qarşılayıb.

Azərbaycan nümayəndə heyəti Federal Kansler Fridrix Mertsə, Almaniya nümayəndə heyəti isə Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına və Federal Kanslerə raport verib, daha sonra Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Berlində Federal Kansler Fridrix Mertslə təkbətək görüşü keçirilib. Daha sonra görüş geniş tərkibdə davam etdirilib.

Səfər çərçivəsində iyulun 21-də Berlində Azərbaycan-Almaniya sənədlərinin imzalanması mərasimi də təşkil olunub.

Mərasim zamanı Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzalayıblar.

Bununla yanaşı, tədbirdə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə də imzalanıb.

Səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində birgə mətbuat konfransı keçirirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...