Prezident İlham Əliyev: Bakı şəhərsalmada qədimlik və müasirliyi birləşdirir

Prezident İlham Əliyev: Bakı şəhərsalmada qədimlik və müasirliyi birləşdirir

RƏSMİ
231

Bu dəfə WUF13 çərçivəsində rekord sayda iştirakçı qəbul edilir.

Fins.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu forum COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir.

“Bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir”, – deyə Prezident qeyd edib.

İlham Əliyev əlavə edib ki, Bakıda keçirilən günlər ərzində çoxsaylı qonaqlar, o cümlədən ilk dəfə ölkəyə səfər edən iştirakçılar Azərbaycanı daha yaxından tanımaq və şəhərsalma sahəsində görülən işlərlə tanış olmaq imkanı əldə edəcəklər.

Prezident Azərbaycanın Avropa ilə Asiya arasında strateji mövqedə yerləşdiyini vurğulayaraq bunun ölkənin memarlıq və şəhərsalma simasında da əks olunduğunu bildirib. Onun sözlərinə görə, Bakı həm qədimlik, həm yenilik, həm tarixi irsin qorunması, həm də müasir şəhərsalma nümunələrinin vəhdətini nümayiş etdirir.

Dövlət başçısı qeyd edib ki, bu, Azərbaycan memarlıq irsinin zənginliyini və onun qorunaraq inkişaf etdirildiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Prezident İlham Əliyev: Bakı şəhərsalmada qədimlik və müasirliyi birləşdirir — Fins.az — Fins.az