
Prezident İlham Əliyev Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək məqsədilə aprelin 16-da Türkiyəyə işgüzar səfərə gəlib.
Fins.az xəbər verir ki, səfər çərçivəsində dövlət başçısının forumda iştirakı nəzərdə tutulur.
Məlumata görə, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.









