Milli Məclis Qubada kənd adlarının dəyişdirilməsi barədə qanunu qəbul edib

Milli Məclis Qubada kənd adlarının dəyişdirilməsi barədə qanunu qəbul edib

RƏSMİ
378

Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdirilib.

Fins.az xəbər verir ki, bu məsələ Milli Məclis-in bugünkü plenar iclasında müzakirə olunan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi bundan sonra Elbir kəndi adlandırılacaq. Eyni zamanda Vladimirovka kənd inzibati ərazi dairəsi də Elbir kənd inzibati ərazi dairəsi kimi təsdiqlənəcək.

Bundan başqa, Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi isə Bəhrəli kəndi adlandırılacaq. Müvafiq olaraq Alekseyevka kənd inzibati ərazi dairəsi də Çinarlı kənd inzibati ərazi dairəsi kimi dəyişdiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Milli Məclis Qubada kənd adlarının dəyişdirilməsi barədə qanunu qəbul edib — Fins.az — Fins.az