İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi II oxunuşda TƏSDİQLƏNDİ

İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi II oxunuşda TƏSDİQLƏNDİ

RƏSMİ
247

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Fins.az-ın məlumatına görə, İşsizlikdən Sığorta Fondun 2024-cü ildə gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3% çoxdur.

İşsizlikdən sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaq.

Gələn ildə işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin, 23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi II oxunuşda TƏSDİQLƏNDİ — Fins.az — Fins.az