İlham Əliyev SOCAR-a 12 milyon manata yaxın pul ayırdı – SƏRƏNCAM

İlham Əliyev SOCAR-a 12 milyon manata yaxın pul ayırdı – SƏRƏNCAM

RƏSMİ
1,068

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən, yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ayrılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlham Əliyev SOCAR-a 12 milyon manata yaxın pul ayırdı – SƏRƏNCAM — Fins.az — Fins.az