Hesablama Palatası: 1,5 milyard manatdan çox nöqsan müəyyən edilib

Hesablama Palatası: 1,5 milyard manatdan çox nöqsan müəyyən edilib

RƏSMİ
381

Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri nəticəsində 2025-ci il üzrə ümumilikdə 1 554 milyon manat məbləğində nöqsan aşkarlanıb.

Fins.az xəbər verir ki, bu barədə Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasda məlumat verib.

Məlumata əsasən, aşkar edilən məbləğin tərkibi belə olub:

  • 584,8 milyon manat – uyğunsuzluq məbləği

  • 626,3 milyon manat – maliyyə təhrifləri

  • 342,9 milyon manat – səmərəsiz xərclər

Uyğunsuzluq məbləğinin 170,4 milyon manatı büdcəyə hesablanmış zərər kimi qiymətləndirilib. Bunun 101,5 milyon manatı üzrə vəsaitin bərpası, 40,2 milyon manatı üzrə isə materialların prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul olunub. 28,7 milyon manat isə sosial xarakterli ödənişlərə aid olduğundan, bu hissə üzrə birbaşa bərpa tədbirləri nəzərdə tutulmayıb.

Hesabatda qeyd olunub ki, 2025-ci ildə 48 kənar dövlət maliyyə nəzarəti tədbirinin 47,9%-i ilk dəfə aparılıb. Son illərdə bu göstəricidə artım müşahidə olunur ki, bu da auditlərin əhatə dairəsinin genişlənməsi ilə izah edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...