“Hamıya bayram əhval-ruhiyyəsi arzulayıram” - Mehriban Əliyeva

“Hamıya bayram əhval-ruhiyyəsi arzulayıram” - Mehriban Əliyeva

RƏSMİ
1,128

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Fins.az xəbər verir ki, Mehriban Əliyeva rəsmi instaqram səhifəsində bayramla bağlı paylaşım edib:

Əziz həmvətənlər!
Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Hamıya bayram əhval-ruhiyyəsi arzulayıram” - Mehriban Əliyeva — Fins.az — Fins.az