Cənubi Qafqazda yeni sülh dövründə Azərbaycan vacib tərəfdaşdır - Kaleb Orr

Cənubi Qafqazda yeni sülh dövründə Azərbaycan vacib tərəfdaşdır - Kaleb Orr

RƏSMİ
41

ABŞ və Azərbaycan arasındakı münasibətlər Vaşinqton üçün əsas prioritetdir.

Fins.az xəbər verir ki, ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində təşkil olunan mətbuat brifinqində ABŞ və Azərbaycan münasibətlərinin Vaşinqton üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda yeni sülh mərhələsinin formalaşdığı bir dövrdə Azərbaycanla əməkdaşlıq ABŞ və Tramp administrasiyasının xarici iqtisadi siyasətində mühüm yer tutur.

Kaleb Orr qeyd edib ki, ABŞ və Azərbaycan fevral ayında Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas istiqamətlərindən biri olan ticarət, biznes və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə sadiqdir.

ABŞ rəsmisi vurğulayıb ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, investisiyaların təşviqi və biznes tərəfdaşlığının gücləndirilməsi qarşıdakı dövrdə də prioritet məsələlər sırasında olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cənubi Qafqazda yeni sülh dövründə Azərbaycan vacib tərəfdaşdır - Kaleb Orr — Fins.az — Fins.az