Bu ilqəzalı binaların təmiri üçün 50 milyon manat ayrılacaq

Bu ilqəzalı binaların təmiri üçün 50 milyon manat ayrılacaq

RƏSMİ
610

Qəzalı binalarla bağlı 2025-ci ildə 50 milyon manat ayrılacaq.

Finss.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov Milli Məclisdə təqdim etdiyi 2024-cü il üzrə hesabat zamanı qəzalı binalarla bağlı həyata keçirilən tədbirlərdən danışıb.

O, bildirib ki, bu istiqamətdə inventarizasiya və mənzil köçürülməsi işləri aparılıb və 2025-ci ilin dövlət büdcəsində qəzalı binaların problemlərinin həlli üçün 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Baş nazir həmçinin qeyd edib ki, 2024-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi investisiyanın 72,4%-ni təşkil edərək 15,5 milyard manat olub. Bu addım, ölkənin tikinti sektorunda irəliləyişlər və əhalinin yaşadığı şəraitin yaxşılaşdırılması istiqamətində atılmış mühüm bir addımdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ilqəzalı binaların təmiri üçün 50 milyon manat ayrılacaq — Fins.az — Fins.az