Bu gənclərə yaşayış sahələri veriləcək

Bu gənclərə yaşayış sahələri veriləcək

RƏSMİ
1,246

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək. 

Fins.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində təklif edilən dəyişiklikdə əksini tapıb. 

Beləliklə, sosial kirayə müqaviləsi əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək. 

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

©APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu gənclərə yaşayış sahələri veriləcək — Fins.az — Fins.az