Baş nazir Əli Əsədov Beynəlxalq və Avropa Kanoe Federasiyasının prezidentlərini qəbul etdi

Baş nazir Əli Əsədov Beynəlxalq və Avropa Kanoe Federasiyasının prezidentlərini qəbul etdi

RƏSMİ
340

Baş nazir Əli Əsədov Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentlərini qəbul edib

Fins.az - Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.

Görüş zamanı idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Ölkəmizdə su idman növlərinin, xüsusilə avarçəkmənin inkişafı məqsədilə görülən işlər barədə məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Avropa Kanoe Assosiasiyası arasında imzalanacaq Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Qonaqlar Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, eləcə də avarçəkmə üçün yaradılan əlverişli şəraitin onlarda böyük təəssürat yaratdığını bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Baş nazir Əli Əsədov Beynəlxalq və Avropa Kanoe Federasiyasının prezidentlərini qəbul etdi — Fins.az — Fins.az